Email: info@es-journal.az

Siyasətlər

                                                                               Rəyvermə siyasəti
  “İqtisad elmləri jurnalı” məqalələr dərc olunana qədər anonim rəyvermə (single-blind peer-review) sistemi ilə fəaliyyət göstərir. Yalnız yüksək keyfiyyətli məqalələri dərc etməyi hədəfləyən jurnal aşağıdakı əsas meyarlar üzrə gücləndirilmiş rəyçilik prosesindən istifadə edir:
• Manuskript eyni vaxtda bir neçə jurnal üçün təqdim edilməməlidir.
•   Manuskriptlər jurnalın əhatə dairəsinə uyğun olmalıdır.
•  Azərbaycan Milli Elmlər Akademiyası plagiatın bütün formalarını qətiyyətlə pisləyir. Təqdim olunan məqalələrdə digər mənbələrdən götürülmüş mətn, nəticə və ya özünə-plagiat hallarını aşkar etmək üçün xüsusi proqram təminatı ilə hərtərəfli yoxlanış aparılır.
• Manuskriptlər redaksiya heyəti tərəfindən tövsiyə olunan iki ekspert tərəfindən rəy verilmək üçün göndərilir. Zəruri hallarda redaktorlar əlavə rəy tələb edə bilərlər.
• Rəyçilər düzəliş tələb etdikdə, müəlliflər məqaləni müvafiq şəkildə yenidən işləyib jurnala təkrar təqdim etməlidirlər. Yenilənmiş məqalə rəyçilər tərəfindən yenidən qiymətləndirilir.
• Baş redaktorlar rəyçilərin hesabatlarına əsaslanaraq manuskriptlə bağlı yekun qərar qəbul edirlər. Müəlliflər qərar barədə operativ şəkildə məlumatlandırılır.
• İmtina edilən məqalələr müəlliflərə geri qaytarılmır, lakin onlara redaksiyanın qərarı bildirilir.
• Təqdim olunan manuskriptlər məxfi sənədlər kimi qəbul edilir. Bütün redaktorlar və rəyçilərdən sənədlərin məxfiliyinə riayət etmək tələb olunur.
• Redaktor və rəyçilərə müəlliflərdən hər hansı biri ilə birbaşa rəqabət, əməkdaşlıq və ya digər əlaqələrdən irəli gələn maraqlar toqquşması olduqda bunu bəyan etmələri xatırladılır. Belə hallarda həmin şəxslər qiymətləndirmə prosesində iştirakdan kənarlaşdırılır.
• Rəyçilik prosesi məxfilik prinsipi ilə aparılır və prosesdə iştirak edən şəxslərin anonimliyi qorunur.
Redoktorlar
• Redaktorlar jurnala təqdim edilən manuskriptləri yalnız onların elmi dəyərinə əsaslanaraq qiymətləndirirlər. Qiymətləndirmə zamanı araşdırmanın əhəmiyyəti, orijinallığı, elmi nəticələrin etibarlılığı, mətnin aydınlığı və jurnalın əhatə dairəsinə uyğunluğu nəzərə alınır. Bu qiymətləndirmə müəlliflərin irqi, cinsi, seksual orientasiyası, etnik mənsubiyyəti, vətəndaşlığı, dini baxışları, siyasi mövqeyi və ya təşkilati bağlılığından asılı olmayaraq aparılır. Redaksiya qərarları hökumət siyasəti və digər kənar təsirlərdən tam müstəqildir. Baş redaktor jurnalın məzmunu və dərc cədvəli üzərində tam səlahiyyətə malikdir.
• Redaktorlar və redaksiya heyəti təqdim olunan manuskriptlərin məxfiliyini qoruyurlar və məlumatları yalnız zəruri hallarda müəlliflərlə, rəyçilərlə, potensial rəyçilərlə, redaksiya məsləhətçiləri və nəşriyyatla bölüşürlər. Manuskriptlərin işlənməsi zamanı əldə olunan dərc olunmamış məlumat və ya ideyalardan müəlliflərin açıq icazəsi olmadan şəxsi məqsədlər üçün istifadə edilmir.
• Redaktorlar müəlliflərlə rəqabət, əməkdaşlıq və ya digər əlaqələrdən yaranan maraqlar toqquşması mövcud olduqda belə manuskriptlərin qiymətləndirilməsində iştirak etmirlər.
• Redaktorlar jurnala təqdim edilən bütün manuskriptlərin sahə üzrə mütəxəssislər tərəfindən hərtərəfli elmi ekspertizadan keçməsini təmin edirlər.
• Baş redaktor jurnal üçün dərc olunacaq manuskriptləri müəyyən etməkdən məsuldur. Qərar qəbul edərkən məqalənin elmi etibarlılığı, tədqiqatçılar və oxucular üçün əhəmiyyəti, rəyçilərin rəyləri və hüquqi tələblərə uyğunluğu nəzərə alınır.
• Baş redaktor ehtiyac yarandıqda qərarvermə prosesində digər redaktorların və ya əlavə rəyçilərin fikrini almaq səlahiyyətinə malikdir.
• Redaktorlar təqdim olunmuş manuskript və ya artıq dərc edilmiş məqalə ilə bağlı hər hansı etik narahatlıq yarandıqda, hətta bu məsələ illər sonra aşkara çıxsa belə, operativ şəkildə tədbir görməyi öhdələrinə götürürlər.


                                                                               Rəyçilər
Uyğunluq və maraqlar toqquşması. Manuskriptin elmi sahəsi üzrə kifayət qədər ixtisaslı olmadığını, rəy vermək üçün əlçatan olmadığını və ya maraqlar toqquşmasının mövcud olduğunu hesab edən rəyçilər bunu dərhal redaktorlara bildirməli və dəvəti qəbul etməməlidirlər. Rəyçilər öz fikirlərini müəlliflərə manuskripti təkmilləşdirməyə imkan verəcək şəkildə, aydın, əsaslandırılmış və elmi arqumentlərlə təqdim etməlidirlər. Müəlliflərin şəxsiyyətinə yönəlmiş şəxsi tənqiddən çəkinmək lazımdır.
Məxfilik. Rəyçilər manuskriptin məzmununu ciddi şəkildə məxfi sənəd kimi qəbul etməli, onunla bağlı məlumatları istifadə etməkdən, açıqlamaqdan və ya hər hansı üçüncü tərəflə bölüşməkdən çəkinməlidirlər.
Maraqlar toqquşması. Manuskripti qiymətləndirərkən maraqlar toqquşmasının mövcudluğu barədə rəyçilərin redaktora məlumat vermələri tələb olunur. Belə hallar aşağıdakılarda ortaya çıxa bilər:
•    rəyçi ilə müəllif eyni təşkilatdadırsa;
•    müəllif rəyçinin keçmiş və ya hazırkı tələbəsi, məsləhətçisi və ya yaxın əlaqədə olduğu şəxsdirsə;
•    rəyçi müəlliflə eyni qrant üçün birbaşa rəqabət aparırsa.
 Əgər maraqlar toqquşması ciddi xarakter daşıyırsa, rəyçi həmin manuskriptin qiymətləndirilməsində iştirakdan imtina etməlidir.


                                                                               Müəlliflər
• Müəlliflər yalnız tamamilə orijinal işlərini təqdim etdiklərinə əmin olmalıdırlar.
• Müəlliflər digər tədqiqatçılardan götürülmüş hər hansı işi, məlumatı və ya sitatı düzgün şəkildə istinad etməli, başqalarına məxsus işi bütöv və ya qismən öz əsərləri kimi təqdim etməkdən çəkinməli, digər məqalələrin məzmununu kifayət qədər istinad etmədən kopyalamaq və ya parafraz etməkdən uzaq olmalıdırlar. 
• Eyni (dublikat) nəşrlər, təkrar nəşrlər, mətnin təkrar istifadəsi və özünə-plagiat daxil olmaqla plagiatın bütün formaları etik cəhətdən yolverilməzdir və nəşriyyat tərəfindən qəbul olunmur.
• Manuskriptin müəllifləri yalnız aşağıda göstərilən müəlliflik meyarlarına cavab verən şəxslər olmalıdır, çünki müəlliflər məqalənin məzmununa görə ictimai məsuliyyət daşımalıdırlar:
•    tədqiqatın ideyasına, dizaynına, icrasına, məlumatların toplanmasına və ya təhlilinə/şərhinə əhəmiyyətli töhfə vermiş olmalıdırlar;
•    məqalənin ilkin variantını yazmış və ya onun intellektual cəhətdən mühüm hissələrini əhəmiyyətli dərəcədə redaktə etmiş olmalıdırlar;
•    məqalənin yekun versiyasını nəzərdən keçirmiş, təsdiqləmiş və onun dərc üçün təqdim edilməsinə razılıq vermiş olmalıdırlar.
• Manuskriptdə göstərilən tədqiqat işinə texniki yardım, yazı və redaktə dəstəyi, ümumi rəhbərlik kimi mühüm, lakin müəlliflik meyarlarına uyğun gəlməyən töhfələr verən şəxslər “Təşəkkür” bölməsində qeyd edilməlidir, müəllif kimi göstərilməməlidir.
• Məsul (koordinasiya edən) müəllif bütün həmmüəlliflərin adlarının düzgün göstərilməsinə cavabdehdir və onlar tərəfindən manuskriptin yekun versiyasının nəzərdən keçirildiyini, təsdiq edildiyini və dərc üçün təqdim edilməsinə razılıq verildiyini təsdiq etməlidir.
• Müəlliflər tədqiqatın nəticələrinə və ya onların şərhinə təsir edə biləcək maraqlar toqquşmalarını açıq şəkildə bəyan etməlidirlər.
• İşin maliyyə dəstəyi mənbələri, o cümlədən qrant nömrələri və digər istinad nömrələri (əgər varsa), tam şəkildə açıqlanmalıdır.
• Şəxsi söhbətlər, yazışmalar və ya digər şəxslərlə müzakirələr zamanı əldə edilən qeyri-ictimai məlumatlar, mənbənin açıq yazılı icazəsi olmadan istifadə edilməməli və məqalədə qeyd olunmamalıdır.
• Müəlliflər məxfi xidmətlər - məsələn, manuskriptlərin və ya qrant müraciətlərinin ekspertizası zamanı əldə etdikləri məlumatlardan həmin məlumat sahiblərinin açıq yazılı icazəsi olmadan istifadə etməməlidirlər.
• Müəlliflər rəyçilərin qeydlərini sistemli şəkildə, bənd-bənd cavablandırmalı, düzəlişləri operativ şəkildə etməli və yenilənmiş manuskripti jurnala təkrar təqdim etməlidirlər.
• Müəlliflər dərc olunmuş işlərində hər hansı ciddi səhv və ya qeyri-dəqiqlik aşkar etdikdə, bunu dərhal redaktorlara bildirmək və redaksiya ilə birlikdə həmin səhvin düzəldilməsi və ya məqalənin geri çəkilməsi üçün əməkdaşlıq etmək öhdəliyinə malikdirlər.
• Əgər redaktorlar üçüncü tərəf tərəfindən dərc olunmuş işdə ciddi səhv və ya qeyri-dəqiqlik olduğunu müəyyən edərsə, müəlliflər bu problemi dərhal düzəltməli, məqaləni geri çəkməli və ya onun düzgünlüyünü təsdiq edən sübutlar təqdim etməlidirlər.


                                                                               Plagiat siyasəti
 Müəlliflər Azərbaycan Milli Elmlər Akademiyası üçün yalnız orijinal və əvvəllər dərc olunmamış manuskriptlər təqdim etməlidirlər. Hər bir manuskript müəlliflərin əvvəlki işlərinin plagiat və ya təkrar dərc olunma hallarının qarşısını almaq üçün uyğun istinadlarla təmin edilməlidir.  “İqtisad elmləri jurnalı”nın redaksiya heyəti nəşr prosesinin istənilən mərhələsində plagiat aşkar edilən hər hansı manuskripti rədd edəcək. Bundan əlavə, başqa jurnallara təqdim olunmuş manuskriptlər dərc üçün nəzərdən keçirilmir.


                                                                     Süni intellektin istifadəsi siyasəti
1. Məqalə hazırlığında AI alətlərinin icazə verilən istifadəsi
Müəlliflər generativ AI və ya AI-dəstəkli texnologiyalardan (məs., ChatGPT, DeepL, Grammarly) yalnız dil keyfiyyətinin yaxşılaşdırılması məqsədilə – qrammatika, üslub və ya tərcümənin təkmilləşdirilməsi üçün – istifadə edə bilərlər. Bu cür alətlərdən istifadə yalnız redaktə xarakterli olmalıdır və birbaşa insan nəzarəti altında həyata keçirilməlidir. AI alətlərindən aşağıdakı məqsədlər üçün istifadə qəti qadağandır:
•    Tədqiqat məlumatlarının və nəticələrinin yaradılması və ya təfsiri
•    Kritik təhlil və ya elmi iddialar ehtiva edən bölmələrin yazılması
•    Nəticələrin çıxarılması və məqalənin əsas intellektual məzmununun qurulması
 Müəlliflər təqdim edilən bütün materialın dəqiqliyinə, orijinallığına və elmi dürüstlüyünə tam cavabdehdirlər.
2. AI-dən istifadənin açıqlanması
Məqalənin hazırlanması zamanı generativ AI-dən hər hansı formada istifadə edilmişsə, bu barədə mütləq açıq şəkildə məlumat verilməlidir. Bu açıqlama “Təşəkkür” bölməsində və ya “Metodlar” hissəsində təqdim oluna bilər.
Nümunə açıqlama mətni:
“Müəlliflər məqalənin hazırlanması zamanı dil və üslub redaktəsinə kömək məqsədilə [alət adı, məsələn, OpenAI tərəfindən hazırlanmış ChatGPT] alətindən istifadə olunduğunu bildirirlər. Bütün məzmun müəlliflər tərəfindən hazırlanmış və yoxlanılmışdır.”
AI-dən istifadənin gizlədilməsi şəffaflıq prinsiplərinin pozulması hesab olunur və etik qaydaların pozulması kimi qiymətləndirilə bilər.
3. Müəlliflik meayarları və AI
Beynəlxalq nəşr etikası qaydalarına (COPE prinsipləri) uyğun olaraq, AI alətləri müəlliflik üçün tələb olunan meyarlara cavab vermir. Onlar tədqiqatın dürüstlüyünə görə məsuliyyət daşıya, nəticələri şərh edə və ya redaksiya-etik suallara cavab verə bilmirlər. Bu səbəbdən, heç bir AI tətbiqi və ya aləti müəllif və ya həmmüəllif kimi göstərilə bilməz. Məqalədə adları göstərilən bütün müəlliflər sübut edilə bilən intellektual töhfə verməli və işin son versiyasına tam kollektiv məsuliyyət daşımalıdırlar.
4. Rəyçilik və redaksiya qiymətləndirilməsində AI-dən istifadə
Rəyçilər və redaktorlar məqalə materiallarını analiz, xülasə və ya qiymətləndirmə məqsədilə ictimaiyyətə açıq AI platformalarına yükləməkdən qəti şəkildə qadağan olunurlar. Belə hərəkətlər:
•    məxfilik prinsiplərini poza bilər,
•    məlumatların qorunması siyasətlərini ziddinədir,
•    rəy prosesinin bütövlüyünü zədələyə bilər.
Bütün qiymətləndirmələr və qərarlar yalnız insan rəyçilər tərəfindən avtomatlaşdırılmış sistemlərin iştirakı olmadan həyata keçirilməlidir.
5. AI ilə yaradılmış şəkillər, vizual materiallar və ya məlumatlar
AI vasitəsilə yaradılmış qrafik vizuallar və ya məlumat təqdimatları ümumilikdə tövsiyə olunmur, istisna hallarda aşağıdakılar təmin edilməlidir:
•    Onların yaradılması məqalədə açıq şəkildə təsvir edilsin
•    AI istifadəsi elmi cəhətdən əsaslandırılmış olsun və rəyçilərin yoxlamasına açıq olsun
•    Bu materiallar “AI tərəfindən yaradılmış” və ya “AI-dəstəkli” kimi aydın şəkildə qeyd edilsin
Tədqiqat nəticələrini manipulyasiya edən, saxtalaşdıran və ya təhrif edən AI-əsaslı təsvirlərdən istifadə elmi qeyri-dürüstlük hesab olunur və məqalənin rədd edilməsinə və ya geri çağırılmasına səbəb ola bilər.
6. Etik uyğunluq və nəzarət
Bu jurnal, Nəşr Etikası Komitəsi (COPE) tərəfindən müəyyən edilmiş etik nəşr prinsiplərinə sadiqdir. AI alətlərinin yanlış tətbiqi, AI-dən istifadənin açıqlanmaması və ya müəlliflik məsuliyyətinin aradan qaldırılması cəhdləri etik pozuntu sayılır və COPE-in tövsiyə etdiyi prosedurlar əsasında araşdırılır.