Email: info@es-journal.az

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 10 mart 2023-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblər” əsas götürülərək müvafiq qaydalar müəyyən olunub.

  1. Məqalələr jurnalın internet saytı üzərindən məqalə qəbul edilir.
  2. Jurnalın və redaksiyasının elektron poçt ünvanı və telefon nömrəsi saytda qeyd edilir.
  3. Jurnalda məqalələrin dərc edildiyi dillərin hər birində məqalə müəllifləri üçün qaydalar müəyyən edilir.
  4. Məqalə dərc olunamışdan əvvəl onun plaqiyatlıq səvəiyyəsi yoxlanılır.
  5. Daxil olan hər bir məqalə anonim rəyə göndərilir.
  6. Jurnala təqdim edilən məqalələr müəyyən edilən profilə uyğun olmalıdır.
  7. Jurnal il ərzində iki dəfə nəşr edilir.
  8. Məqalədə müəllif(lər)in işlədiyi müəssisə və müəssisənin ünvan, müəllif(lər)in elektron poçt ünvanı göstərilməlidir.
  9. Məqalənin sonunda müəllifin gəldiyi elmi nəticə aydın şəkildə verilməlidir.
  10. Məqalədə istifadə edilmiş ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumatın, mənbələrin elmi məqalələr üçün biblioqrafik təsvirə uyğun verilməsi şərtdir.
  11. Məqalənin ədəbiyyat siyahısında son 10 ildə nəşr edilmiş mənbələrə istinad üstünlüyünün verilməsi zəruridir.
  12. Məqalələr üç dildən (Azərbaycan-türk, rus və ingilis) birində təqdim edilə bilər.
  13. Təqdim edilən məqalənin xülasəsi müəyyən edilən digər dillərdə də verilməlidir.
  14. Hər bir xülasədə məqalənin və müəllif(lər)in tam adının göstərilməsi şərtdir.
  15. Məqalələrin müvafiq dillərdə olan eyni məzmunlu xülasələrinin məqalələrin məzmununa uyğunluğunun olması tələb olunur.
  16. Xülasələrin yazıldığı dillərdə açar sözlərinin verilməsi şərtdir.
  17. Məqalə müəllifinin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti xülasədə yığcam şəkildə verilməlidir.
  18. Məqalələr elmi və qrammatik baxımdan redaktə olunduqdan sonra təqdim olunmalıdır.
  19. Hər bir məqalədə UOT indeksi və PACS tipli kod göstərilməliddir.
  20. Məqalələrin redaksiyaya daxilolması, təkrar işlənməyə göndərilməsi və çapa qəbul olunması tarixləri məqalənin sonunda göstərilir.